Bazar, 19 May

Almaniya "Sinovac"la peyvənd olunan İran vətəndaşlarını ölkəyə buraxmadı

image

Berlin Məhkəməsi İran vətəndaşı və ailəsinin "Sinovac" vaksini ilə bağlı iddia ərizəsinə dair hökmünü açıqlayıb.

Xəbər verilir ki, ədliyyə orqanı Avropa İttifaqı ölkəsi vətəndaşı olmayan və koronavirusa qarşı "Sinovac" peyvəndilə vaksinasiya olunmuş şəxslərin ölkəyə buraxılmaması ilə bağlı qərarı qanuni sayaraq qüvvədə saxlayıb.

Məhkəmə qətnaməsinə əsasən, adıçəkilən vaksinlə peyvənd olunanlar əvvəllər olduğu kimi, bundan sonra da Almaniya ərazisinə buraxılmayacaq.

Qeyd edək ki, ölkə hökuməti yalnız "BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson" vaksinlərini rəsmən tanıyır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41